Active Mom`s Club

Heç kimə sirr deyil ki, uşaqlar böyüdükcə, anaların qarşısında vaxtlı - vaxtında və məsuliyyətli həllər tələb edən yeni vəzifələr baş qaldırır. Gənc analara məlumatlandırıcı - maarifləndirici dəstək məqsədi ilə 2014 - cü ilin yanvar ayında Analar cəmiyyəti yaradılmışdır.

"Active Mom's Club” – analar və müxtəlif profilli mütəxəssislər arasında təkcə uşaqların tərbiyəsinə və inkişafına deyil, həm də müxtəlif yaşlarda və müxtəlif peşə sahibləri olan qadınların şəxsi inkişafına dair ünsiyyət, təcrübə və bilik mübadiləsi üçün məkandır.

Cəmiyyətin fəaliyyət göstərdiyi üç il ərzində müxtəlif sahələrdən olan mütəxəssislərin iştirakı ilə 40 - dan artıq tədbir təşkil edilmiş və həyata keçirilmişdir. Təkcə dinləməyi deyil, həm də çox faydalı həyati məsləhətlər verməyi bacaran peşəkarlarla şəxsi ünsiyyət çox dəyərlidir və

analar bunu hamıdan yaxşı bilirlər.

Fəaliyyətinə "Facebook” sosial şəbəkəsində qapalı qrupla başlayan "Active Mom's Club” cəmi bir il sonra Bakıda anaların ilk və ən tanınmış birliyinə çevrilir və hazırda sosial şəbəkədə 4000qadını birləşdirir.

Klubun başlıca missiyası – öz ətrafında ağıllı və istedadlı anaları birləşdirən, mühüm məsələlərin həllinə yardım edən, uşaqlarla birlikdə maraqlı və faydalı istirahəti təşkil edən cəmiyyət yaratmaqdır.

2017-ci ilin yanvar ayında Analar Cəmiyyəti özünün üç yaşını qeyd edəcəkdir!